Əsas menyu
Ana səhifə
QHT nədir?
Azərbaycanda QHT qanunvericiliyi
Sumqayıt QHT-ləri
Donor təşkilatları
Xəbərlər
Bizimlə əlaqə
Nəşrlər
 
 
 
 
 

 

SUMQAYIT ŞƏHƏRİ HAQQINDA MƏLUMAT

ImageŞƏHƏRİN TARİXİ, COĞRAFİ MÖVQEYİ, ƏRAZİSİ, İNZİBATİ TƏRKİBİ VƏ TƏBİİ EHTİYATLARI.

Sumqayıt şəhərinə şəhər statusu 1949-cu il 22 noyabr tarixində verilmişdir. Şəhərin indiki ərazisində ilkin məskunlaşma bizim eranın IX əsrinə təsadüf edir. Ərazidə dövlət tərəfindən mühafizə olunan o dövrə aid tarixi abidələr mövcuddur.

Sumqayıt şəhəri Abşeron yarımadasının şimalında, ölkə paytaxtı Bakı şəhərindən 25 km şimalda yerləşir. Ərazisi 108,6 kv km-dır. Şəhərin tərkibinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev və Corat qəsəbələri daxildir. Sumqayıt şəhərinin ölkənin digər rayon və şəhərləri, eləcə də xarici ölkələrlə Respublika əhəmiyyətli avtomobil və dəmir yolları ilə əlaqəsi vardır. Hava yolları ilə əlaqələr Bakı şəhərinin Binə hava limanı vasitəsilə həyata keçirilir.

Şəhərin ərazisində tikinti materiallarının (kərpic, yüngül doldurucular) istehsalı üçün təbii ehtiyatlar vardır.


ƏHALİSİ VƏ ƏMƏK RESURSLARI.

Sumqayıt şəhərində və onun qəsəbələrində 291,3 min nəfər əhali, 47 min nəfərə yaxın qaçqın və məcburi köçkün yaşayır. Əhalinin sıxlığı 1 kv.km. 2682 nəfərdir. Əhalinin artımı 1595 nəfər təşkil etmişdir. Əmək qabiliyyətili əhalinin sayı 147 min, işləyənlərin sayı isə 70 min nəfərdir. Onlardan 34 min nəfəri istehsalat sahələrində, 36 min nəfəri isə büdcə təşkilatlarında və qeyri istehsal sahələrində çalışır.

 

ImageSUMQAYIT ŞƏHƏRİNİN SOSİAL SAHƏSİNİN DURUMU.

Sumqayıt şəhəri sosial obyektlərin, ticarət və xidmət müəssisələrinin inkişaf etmiş şəbəkəsinə malikdir.

Şəhərdə 57 məktəbəqədər tədris ocaqları, 49 ümumtəhsil məktəbi, özəl türk litseyi, 4 texniki peşə liseyi, 5 musiqi, 4 orta ixtisas məktəbi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun filialı və 4 elmi tədqiqat insititutu fəaliyyət döstərir.

Mədəniyyət sahəsinin şəbəkəsi 20 kitabxana, 9 klub, 2 mədəniyyət sarayı və şəhərin Tarixi muzeyindən ibarətdir. Şəhərdə H. Ərəblinski adına Dövlət Musiqili Dram teatrı fəaliyyət göstərir.

Şəhərin səhiyyə sahəsində 14 xəstəxana, 16 poliklinika və 63 aptek mövcuddur.

İdman sahəsi 2 stadion, 75 sadə idman qurğuları və 66 örtülü idman zallarından ibarətdir. Sumqayıt şəhərinin təhsil, səhiyyə, mədəniyyət və idman sahələri dövlətə məxsus olmaqla yanaşı şəhərdə bir sıra özəl klinika və təhsil ocaqları, idman obyektləri də fəaliyyət göstərir.

Şəhərin ticarət və xidmət müəssisələri özəl sektora malikdir.

Şəhər mənzil fondu 1,8 min. kv. metrə bərabərdir və 1225 yaşayış binasından, 13 yataqxanadan ibarətdir. Mənzil fondunun əsasını 2, 5 və 9 mərtəbəli binalar təşkil edir. Bu binalarda 51 minə yaxın mənzil vardır ki, bununda 59 faizi əhali tərəfindən özəlləşdirilmişdir. Şəhərin bağlar zonasında 10,6 min bağ sahələri vardır.

Sumqayıt şəhərinin mənzil, kommunal təsərrüfatı, poçt və rabitə sistemi dövlətə məxsusdur. Şəhərin su və qaz təchizatı səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilir. Şəhərin elektrik şəbəkələri «Barmek-Azərbaycan» MMC tərəfindən idarə olunur. Sənaye və məişət tullantılarının yığılması, nəql edilməsi və zərərsizləşdirilməsi Almaniyanın «Ayxer» firmasının iştirakı ilə yaradılmış «ADES» özəl müəssisəsi tərəfindən həyata keçirilir.

Şəhərdə 602 ha. yaşıllıq sahələri və 4 park mövcuddur. Şəhərdə «Dalğa» mehmanxanası, dəmir yolu və avtobus vağzalları vardır.

SUMQAYIT ŞƏHƏRİNİN İQTİSADİYYATININ DURUMU.

Sumqayıt miqyasına görə Azərbaycan Respublikasının ikinci iri sənaye mərkəzidir. Şəhərin iqtisadiyyatı kimya və neftkimya, qara və əlvan metallurgiya, istilik energetika, maşınqayırma və cihazqayırma, tikinti materialları və məmulatları, yüngül və yeyinti sənaye müəssisələrindən ibarətdir. Şəhər iqtisadiyyatının təməli 1938-ci ildə 1 saylı İstilik Elektrik Mərkəzinin tikintisi ilə qoyulmuşdur. Sonrakı dövürdə şəhərdə geniş infrastrukturaya malik olan əsas və köməkçi müəssisələrdən ibarət iqtisadiyyat yaradılmışdar. Şəhər sənayesinin əsasını «Azərboru» Açıq Səhimdar Cəmiyyəti, «Azəralüminium» Açıq Səhimdar Cəmiyyətinin «Sumqayıt-alüminium» istehsal sahəsi, Etilen-politelen, Sintetik kauçuk, Üzvi sintez, Səthi Aktiv Maddələr, Mexaniki təmir zavodları, «Sumqayıt-məişət kimyası», «Sumqayıt-Superfosfat», «Sumqayıt-Aşqarlar» və «Sumqayıt Kompressorlar» açıq səhmdar cəmiyyətləri təşkil edir. Şəhərdə «Neftqazavtomat» Elm İstehsalat Birliyi, «Xəzər» Səhmdar Cəmiyyəti (şüşə istehsalı üzrə), «Sumqayıt Üst Trikotaj», «Sumqayıt Xovlu İplik» və «Sumqayıt-Toxucu» səhimdar cəmiyyətləri fəaliyyət göstərir. Sənaye müəssisələrinin əksəriyyəti özəlləşdirilmişdir.

Şəhərdə inkişaf etmiş bank sektoru mövcuddur. Sumqayıtda Azərbaycan Respublikasının Beynəlxalq Bank, Birləşmiş Universal Səhmdar Bankı, «Rabitə» Bank, Qafqaz İnkişaf Bankı, «Zamin» Bank, Parabank, Azdəmiryolbank, Texnikabank, Atrabank və Debyutbankın filialları fəaliyyət göstərir.

 
ImageSUMQAYIT ŞƏHƏRİNİN İCTİMAİ-SİYASİ DURUMU.

Sumqayıt şəhərində Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Yeni Azərbaycan Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Xalq Demokratik Partiyası, Ana Vətən Partiyasının yerli təşkilatları fəaliyyət göstərir. Qubadlı rayonu Ermənistan tərəfindən işğal olunduğuna görə həmin partiyaların Qubadlı rayon təşkilatları da Sumqayıt şəhərində yerləşir. Sumqayıt şəhərində yüzə yaxın Qeyri-hökumət təşkilatı və İcmalar fəaliyyət göstərir.

 

QEYD: Məlumatları hazırlayarkən Sumqayıt şəhər Bələdiyyəsinin 2000-2004-cü illərə aid fəaliyyətilə bağlı hesabatından istifadə edilmişdir.

 
 
Birliyin Prezidenti
 
Copyright © 2007. Bütün hüquqları qorunur.